Продаётся 3-комн. вторичка 70 м²
Sumqayıt şəhəri, 9-cu mikrorayonda 9 mərtəbəli binanın 6-cı mərtəbəsində (orta blok) 3 otaqlı mənzil satılır. Ümumi sahəsi 70 kv.m-dir. Bina əlverişli yerdə yerləşir, tək binadır və geniş həyətə malikdir. Binanın arxasında məktəb, uşaq bağçası və poliklinika var.
Mənzil çox havalıdır, yay aylarında heç kondisioner işlətməyə ehtiyac olmur. Evdə kombi sistemi, kondisioner, su filtri və əlavə olaraq matoru ilə birlikdə 500 litrlik su çəni quraşdırılıb. Mənzil bütün əşyaları ilə birlikdə satılır, evdən heç bir əşya götürülməyəcək.
Qiymət: 155.000 AZN